“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 11 iyul 2024-cü il tarixində “Gələcəyə Kitab Bağışla” aksiyasından toplanan kitabların bir hissəsini “Sülh Uğrunda” gənc məcburi köçkün qadınların təşəbbüs qrupuna hədiyyə etdi.
Xatırlatmaq istərdik ki, “Gələcəyə Kitab Bağışla” aksiyası 2022-ci ildən etibarən hər il fevral ayının 14-ü “Beynəlxalq Kitab Bağışlama” günü münasibətilə keçirilir, aksiyanın məqsədi ucqar kəndlərdə yaşayan məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir.
Bu il də toplanan kitablardan “Sülh Uğrunda” təşkilatına verildi və bu münasibətlə Layihənin komandası tədbir təşkil etdi. Tədbirdə mütaliənin önəmi, vacibliyi və faydalarını izah edib, şagirdlərlə interaktiv fəaliyyət həyata keçirildi.