12 fevral 2025-ci il tarixində Layihə məzunları “Gələcəyə kitab bağışla” aksiyası çərçivəsində toplanan kitabların bir qismini Cəlilabadın Günəşli və Masallının Xocavər kənd məktəblərinə bağışladılar.
Regionlara səfər yazar Amin Orucovun “Kitab oxuyanlar diasporu” təşəbbüsü çərçivəsində baş tutdu. Təşəbbüsün əsas məqsədi məktəblilərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi üçün şəhər və kənd məktəblərində kitab klubları yaratmaqdır. “Gələcəyə kitab bağışla” aksiyası təşəbbüsə 60 kitab hədiyyə etdi.
“Gələcəyə kitab bağışla” aksiyasının əsas məqsədi regionlarda yaşayan, eyni zamanda sosial baxımdan həssas qruplara aid edilən məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir.