“Gələcəyə kitab bağışla” aksiyası Qaraman İcma Mərkəzində

“Gələcəyə kitab bağışla” aksiyası çərçivəsində növbəti səfər 21 fevral 2026-cı il tarixində Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yerləşən Qaraman İcma Mərkəzinə baş tutub.

İcma mərkəzinin kitabxanasına 140 ədəd kitab bağışlanıb. Bu kitabxanadan yalnız kənd sakinləri deyil, ətraf kəndlərdə yaşayan məktəblilər də istifadə edir. Səfər zamanı icmanın balaca üzvləri ilə görüş keçirilib və onlarla kitab oxumağın əhəmiyyəti barədə səmimi müzakirələr aparılıb.