“Gələcəyə Kitab Bağışla” aksiyası keçirilir

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin məzunları 14 fevral Beynəlxalq Kitab Bağışlama günü münasibəti ilə “Gələcəyə kitab bağışla” adlı kitap toplama aksiyasına start veriblər.

Aksiyanın məqsədi ucqar regionlarda yaşayan məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir. 500 kitab toplamağı qarşılarına məqsəd qoyan gənclər sonda toplanılmış kitabları bir sıra xeyriyyə təşkilatlarına təhvil verəcəklər. Həmin təşkilatlar kitabları Layihənin adından şagirdlərə hədiyyə edəcək. Hazırda Layihənin bütün məzunları  ianələr edib, kitab bağışlayaraq aksiyaya dəstək göstərirlər.