Layihə fəaliyyətləri:
Layihəyə seçilmiş gənclər əlavə dərslərdə iştirak etməklə yanaşı, mütəmadi olaraq sınaq imtahanlarını verir, ilboyu psixoloji dəstək alır və Layihənin dəyərlərinə həsr olunmuş tədbirlərdən faydalanırlar. Gənclərlə həmçinin mentorlar çalışır, ixtisas seçimi istiqamətində dəstək göstərilir.