Layihəmizin Çinli könüllüsü Xiangrui Li tərəfindən hazırlanan beş günlük “Çini kəşf edək!” proqramının ilk iki günü 22 və 23 noyabr 2025-ci il tarixində uğurla baş tutub. Bu hissə Layihə məzunları və Çin dilinə marağı olan digər gənclər üçün nəzərdə tutulmuşdu.
İlk gündə iştirakçılar Çin dilinin fonetikası, ton sistemi, gündəlik ifadələr və sadə dialoqlar haqqında ilkin biliklər əldə ediblər. Mövzular qrup işləri, interaktiv oyunlar və simulasiya tapşırıqları vasitəsilə tədris edilib. Gənclər yeni söz və ifadələri əyləncəli şəkildə tətbiq edərək öyrəniblər.
İkinci gün Çin dilinin yaranması, tarixi inkişafı, bu günə qədər keçdiyi mərhələlər haqqında məlumatlarla başlayıb. Daha sonra iştirakçılar Çin dilində cümlə qurma prinsiplərini, söz sırasını və sadə qrammatik strukturları öyrəniblər. Sessiya boyunca praktiki yazı və danışıq tapşırıqları yerinə yetirilib.
Proqramın növbəti günlərində Çin mədəniyyəti, təhsil sistemi və öyrənmə metodları üzrə dərinləşdirilmiş mövzular keçiriləcək.