“Çini kəşf edək!” Proqramı başa çatdı

13 dekabr 2025-ci il tarixində “Çini Kəşf Edək” Proqramının son sessiyası keçirilərək proqram uğurla yekunlaşdı. Layihə məzunları üçün nəzərdə tutulmuş bu 5 günlük proqram iştirakçıların Çin dili, mədəniyyəti və təhsil sistemi haqqında biliklərini artırmağı məqsəd qoymuşdu.

Proqram çərçivəsində Çin dilində danışıq, Çin mədəniyyəti günü, Çin məktəblərində təhsil sistemi və Çinlilərin öyrənmə texnikaları mövzularında müxtəlif sessiyalar təşkil olundu. Sessiyalar interaktiv formada keçirildi və iştirakçılara fərqli bir ölkənin təhsil yanaşmasını və mədəni dəyərlərini yaxından tanımaq imkanı yaratdı.

“Çini Kəşf Edək” Proqramı iştirakçıların dünyagörüşünü genişləndirməklə yanaşı, onların öyrənməyə marağını artırdı və mədəni müxtəlifliyə olan baxışlarını daha da zənginləşdirdi.