“Gələcəyini Qur!” 2022-2023: Buraxılış İmtahanının Nəticələri Açıqlandı

26 iyun 2022-ci il tarixlərində keçirilmiş imtahanın nəticələri açıqlandı. Buraxılış fənlərini əhatə edən imtahan Bakı şəhərində yeddi, regionlarda isə Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxda yerləşən beş imtahan mərkəzində təşkil olunmuşdu.

İlk imtahandan tələb olunan minimum keçid balını toplamış şagirdlər növbəti seçim mərhələsində iştirak edə biləcəklər. Tələb olunan minimum keçid balı maksimum toplanıla biləcək 300 bal üzərindən 90 bal kimi müəyyən olunmuşdur. İmtahan nəticələri ilə tanış olmaq üçün “İmtahan nəticələri” yazısına klikləyin:

İmtahan Nəticələri

 

QEYD:

İmtahan nəticələrində hər hansı bir uyğunsuzluq görürsünüzsə və ya imtahanda iştirak etdiyiniz halda adınızı  tapa bilmirsinizsə, komandamızla əlaqə saxlayın: +99455 382 37 31 (zəng və WhatsApp) və ya [email protected].

 

NÖVBƏTİ MƏRHƏLƏ:

Növbəti seçim mərhələsi –  fənn blok üzrə imtahandır. İmtahan ənənəvi, canlı formatda 4 iyul (bazar ertəsi) tarixində təşkil olunacaq. İmtahan mərkəzləri haqqında məlumat növbəti mərhələyə keçmiş şagirdlərə mesaj vasitəsilə göndəriləcək. Fənn bloku üzrə imtahanda buraxılış imtahanında minimum 90 bal toplamış şagirdlər iştirak edəcək.