Buraxılış imtahanının nəticələri açıqlandı – Goranboy və Samux rayonları

4 iyul 2022-ci il tarixində Goranboy və Samux rayonlarından olan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı.

İlk imtahandan tələb olunan minimum keçid balını toplamış şagirdlər növbəti seçim mərhələsində iştirak edə biləcəklər. Tələb olunan minimum keçid balı maksimum toplanıla biləcək 300 bal üzərindən 90 bal kimi müəyyən olunmuşdur. İmtahan nəticələri ilə tanış olmaq üçün “İmtahan nəticələri” yazısına klikləyin:

İMTAHAN NƏTİCƏLƏRİ

QEYD:

İmtahan nəticələrində hər hansı bir uyğunsuzluq görürsünüzsə və ya imtahanda iştirak etdiyiniz halda adınızı  tapa bilmirsinizsə, komandamızla əlaqə saxlayın: +99455 382 37 31 (zəng və WhatsApp) və ya [email protected].

 

NÖVBƏTİ MƏRHƏLƏ:

Növbəti seçim mərhələsi –  fənn blok üzrə imtahandır. İmtahan ənənəvi, canlı formatda 12 iyul (Çərşənbə Axşamı) tarixində təşkil olunacaq. İmtahan mərkəzləri eynidir – Samux rayonundan olan şagirdlər Sərkar kənd tam orta məktəbində, Goranboy rayonundan olan şagirdlər isə 1 saylı tam orta məktəbdə imtahan verəcəklər. Fənn bloku üzrə imtahanda buraxılış imtahanında minimum 90 bal toplamış şagirdlər iştirak edəcək.