BP şirkəti və tərəfdaşları “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinə sponsorluq etməyə başladı.
BP və tərəfdaşlarının layihəyə qoşulması ilə bağlı rəsmi məlumat layihənin 2-ci ilinin yekunlarına həsr olunmuş 12.11. 2016 tarixli tədbirində elan edildi.
Cəmiyyətin inkişafı və korporativ sosial məsuliyyət prinsiplərinin bir hissəsi olaraq BP şirkəti və tərəfdaşları Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin keçdiyi Qaradağ rayonunun Səngəçal, Ümid, Əzimkənd, Sahil, Şonqar və Qızıldaş qəsəbələrinin məktəblərindən olan layihə iştirakçılarının təhsil xərclərini qarşılayacaqdır.
Təhsil xərcləri BP və tərəfdaşları tərəfindən qarşılanan gənclər, layihənin 2016-2017 tədris ilini əhatə edən üçüncü ilinin iştirakçısı olmağa haqq qazanmış 150-dən çox iştirakçının arasında olan 11-ci sinif şagirdləridir.