Blok fənləri üzrə imtahan nəticələri – bütün rayonlar

“Gələcəyini Qur!” Layihəsinin növbəti 2022-2023-cü tədris ili üçün seçim prosesi davam edir. 4 və 12 iyul tarixlərində keçirilən blok imtahanının nəticələri açıqlandı. İkinci imtahananın nəticələri ilə tanış olmaq üçün aşağıdakı Blok İmtahan Nəticələri yazısını klikləyin.

BLOK İMTAHAN NƏTİCƏLƏRİ

 

Blok fənləri üzrə imtahanda ilk imtahandan (buraxılış fənlərini əhatə edən) minimum 90 balı toplamış şagirdlər iştirak etdilər. İmtahan Bakı şəhərində və Layihənin əhatə etdiyi yeddi regionda təşkil olunmuşdu (Ağdaş, Goranboy, Hacıqabul, Kürdəmir, Samux, Ucar, Yevlax).

Blok fənləri üzrə imtahandan kimlər növbəti mərhələyə keçdi?

          — Blok fənləri üzrə imtahanda minimum 80 bal toplamış şagirdlər.

          — Hər iki imtahandan topladığı nəticələrin cəmi 170 baldan yuxarı olan, lakin blok imtahanında topladığı nəticə 60 baldan aşağı olmayan şagirdlər.

 

İmtahan nəticələrini əks etdirən cədvəli necə istifadə etməli?

Cədvəldə qeyd olunan ad və soyadlar şagirdin qeydiyyatdan keçərkən istifadə etdiyi formatda saxlanmışdır və heç bir dəyişiklik edilməmişdir. Şagird cədvəldə həm buraxılış imtahanında, həm də blok fənləri üzrə olan imtahanda göstərdiyi nəticəni görəcək. Bundan əlavə olaraq, şagird hər iki imtahandan əldə etdiyi ümumi nəticəni və “Növbəti mərhələ haqqında qərar” başlığı altında növbəti mərhələyə keçib keçməməsini öyrənə biləcək.

QEYD: Blok imtahanından əldə olunan nəticələr cədvəldə yuvarlaqlaşdırılmış şəkildə əks olunmuşdur. Nümunə: Əgər şagird 49.5 bal toplayıbsa, onun nəticəsi cədvəldə 50 şəklində, 49.4 toplayıbsa 49 şəklində əks olunmuşdur.

VACİB: İmtahan nəticələrində hər hansı bir uyğunsuzluq görürsünüzsə və ya imtahanda iştirak etdiyiniz halda adınızı siyahıda tapa bilmirsinizsə, komandamızla əlaqə saxlayın: +99455 382 37 31 (zəng və WhatsApp) və ya [email protected].