Blok fənləri üzrə imtahan nəticələri

“Gələcəyini Qur!” Layihəsinin növbəti 2021-2022-ci tədris ili üçün seçim prosesi davam edir. 16 və 27 iyul, 2021-ci il tarixlərində blok fənləri üzrə imtahan təşkil olunmuşdu.

Blok fənləri üzrə imtahanda ilk imtahandan (buraxılış fənlərini əhatə edən) minimum 75 balı toplamış şagirdlər iştirak etdilər. İmtahan Bakı şəhərində və Layihənin əhatə etdiyi beş regionda təşkil olunmuşdu (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax).

Növbəti seçim mərhələsində seçilmiş namizədlər ilə fərdi müsahibələr keçiriləcək. Müsahibələr canlı (onlayn yox) təşkil olunacaq. Müsahibələrin məqsədi Layihəyə seçilmək istəyən gəncləri yaxından tanımaqdır. Müsahibə tarixləri və keçirilmə yerləri haqqında məlumat şagirdlərə öncədən veriləcək.

 

Blok fənləri üzrə imtahandan kimlər növbəti mərhələyə keçəcək?

  • Blok fənləri üzrə imtahanda minimum 70 bal toplamış şagirdlər.
  • Hər iki imtahandan topladığı nəticələrin cəmi 175 baldan yuxarı olan, lakin blok imtahanında topladığı nəticə 50 baldan aşağı olmayan şagirdlər.

 

İkinci imtahananın nəticələri ilə tanış olmaq üçün Blok İmtahan Nəticələri yazısına klikləyin.

Blok imtahan nəticələri

İmtahan nəticələri əks etdirən cədvəli necə istifadə etməli?

Cədvəldə qeyd olunan ad və soyadlar şagirdin qeydiyyatdan keçərkən istifadə etdiyi formatda saxlanmışdır və heç bir dəyişiklik edilməmişdir.Şagird cədvəldə həm buraxılış imtahanında , həm də blok fənləri üzrə olan imtahanda göstərdiyi nəticəni görəcək. Bundan əlavə olaraq, şagird hər iki imtahandan əldə etdiyi ümumi nəticəni və “Növbəti mərhələ haqqında qərar”  başlığı altında növbəti mərhələyə keçib keçməməsini öyrənə biləcək.

 

Qeyd: Blok imtahanından əldə olunan nəticələr cədvəldə yuvarlaqlaşdırılmış şəkildə əks olunmuşdur.

Nümunə: Əgər şagird 49.5 bal toplayıbsa, onun nəticəsi cədvəldə 50 şəklində, 49.4 toplayıbsa 49 şəklində əks olunmuşdur. 

 

Online Sınaq İmtahan Mərkəzinin saytı: osim.az

Şagirdlər imtahan nəticələrini həmçinin Online Sınaq İmtahan Mərkəzinin osim.az saytından öyrənə bilərlər. Nəticələri öyrənmək üçün saytın “Daxil ol” bölməsində telefon və parolu qeyd etmək tələb olunur. “Telefon” yazılan pəncərədə  Layihəyə müraciət edərkən şagirdin qeyd etdiyi telefon nömrəsi qeyd olunmalıdır. Telefon beynəlxalq formatda kod ilə daxil olunmalıdır (nümunə: +994553823731). “Şifrə” adlanan pəncərədə isə həmin nömrə ölkə kodu olmadan qeyd olunmalıdır (nümunə: 553823731). Məlumatları daxil etdikdən sonra osim.az saytında heç bir pəncərə açılmazsa və ya ağ ekran görünürsə, digər bir telefon və ya kompüterlə sistemə bir daha daxil olmağa cəhd olunmalı və ya digər internet brauzerindən istifadə olunmaldır. 

Əgər ekranda “Hesab aktiv deyil” yazısı görünərsə “şifrəni unutdum” düyməsini sıxırsınız və layihədə qeydiyyatdan keçdiyiniz əsas nömrəni daxil edirsiniz və “kodu göndər” düyməsini sıxırsınız. Bu zaman sizin həmin nömrənizə yeni kod göndəriləcək.Yeni kodu “kodu yaz” pəncərəsinə daxil etdikdən sonra “yeni şifrə” və “şifrənin təkrarlanması” pəncərələrinə yeni şifrənizi daxil edin.

 

İmtahan nəticələrində hər hansı bir uyğunsuzluq görürsünüzsə və ya imtahanda iştirak etdiyiniz halda adınızı  tapa bilmirsinizsə, komandamızla əlaqə saxlayın: +99455 382 37 31 (zəng və What’s App) və ya [email protected].