Bakıdan olan iştirakçılarla tədbir

Layihənin 10-cu ilinin iştirakçıları ilə keçirilən tədbirlərdən biri 17 sentyabr 2023-cü il tarixində Layihə ofisində baş tutdu.

Tədbir zamanı iştirakçıları daha yaxından tanımaq üçün, onlarla müxtəlif mövzularda söhbət aparıldı. Həmçinin Layihə rəhbərliyi Layihənin dəyərlərini və abituriyentlik dövrünü yüksək nailiyyətlərlə başa vurmağın yollarını iştirakçılara izah etdi. Daha sonra iştirakçılar “Uğurlu Abituriyent” adlı qrup çalışması edərək onu təqdim etdilər.

Qeyd edirik ki, Layihənin 10-cu ili “PASHA Holding”, “Veysəloğlu” Şirkətlər Qrupu, “BakerTilly”, “İpəksu” şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.