“Baker Tilly Azərbaycan” “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin Sponsorudur

“Baker Tilly Azərbaycan” “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin Sponsoru oldu.
“Baker Tilly Azərbaycan” audit və məsləhət xidmətləri göstərən müstəqil firmaların qlobal şəbəkəsi olan və 137 ölkədə fəaliyyət göstərən Baker Tilly International şirkətinin üzvüdür. Baker Tilly Azerbaijan şirkətinin layihəyə sponsor qismində qoşulması layihə sponsorlarının sayını 6-a çatdırdı. Digər sponsorlar BP, CEO, Iteca Caspian, EY şirkətləri və Kainat Tədris Mərkəzidir.
Sponsorların dəstəyi ilə layihənin 3-cü ilində iştirak edən aztəminatlı ailələrdən 100-dən çox gənc ali təhsil məktəblərə qəbul imtahanlarına hazırlaşmaq ilə yanaşı onların hərtərəfli inkişafına və cəmiyyətə uğurlu inteqrasiyasına yönəlmiş tədbirlərdə iştirak etmək imkanını qazandı.