15 fevral 2025-ci tarixində Layihə məzunlarının “Gələcəyə kitab bağışla” aksiyası çərçivəsində topladığı kitabların 56 ədədi “Azərbaycan Uşaqları” İctimai Birliyinə hədiyyə edildi.
Kitabları təqdim etmək üçün “Azərbaycan Uşaqları” İctimai Birliyinə səfər təşkil olundu. Səfər zamanı Layihə komandası və məzunları uşaqlarla kitab oxumağın vacibliyi və faydaları haqda interaktiv müzakirə təşkil etdilər, birlikdə kitab oxudular.
Nəzərinizə çatdırmaq istərdik ki, “Gələcəyə kitab bağışla” aksiyası 2022-ci ildən etibarən hər il fevral ayının 14-ü Beynəlxalq Kitab Bağışlama günü münasibətilə keçirilir. Aksiyanın məqsədi regionlarda yaşayan, eyni zamanda sosial baxımdan həssas qruplara aid edilən məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir.