Anketlərin qiymətləndirilməsi tamamlandı: Layihənin 2020-2021-ci tədris ili

“Gələcəyini Qur!” Layihəsinin 2020-2021-ci tədris ilində iştirak etmək üçün müraciət etmiş gənclərin diqqətinə!

Əziz Gənclər,
Onlayn anketlərin qiymətləndirilməsi artıq tamamlandı. Növbəti mərhələyə keçmiş namizədlər onlayn müsahibəyə dəvət olunacaqlar. Onlayn müsahibələr 19-24 iyul həftəsindən etibarən başlayacaq.
Əgər siz onlayn müsahibədə iştirak etmək üçün seçilmisinizsə – komandamız sizə zəng vuraraq əlaqə saxlayacaq. Müsahibə mərhələsinə keçməyən gənclərə mesaj göndəriləcək.

Namizədlərdən xahiş olunur ki, Layihədən zəng və ya mesaj gələnə qədər gözləsinlər. Onlayn anket doldurmuş hər kəsə cavab veriləcək.