ADA Universitetində tədbir

14 dekabr 2019-cu il tarixində ADA Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin dəyərlərə həsr olunan növbəti tədbiri baş tutdu.

“Yaradıcılıq və tənqidi düşüncə” mövzusuna həsr olunmuş tədbirin açılışını Gənclər və İdman Nazirinin Müavini İntiqam Babayev etdi. O, gənclərə öz həyat təcrübəsindən danışdı, gənclər üçün mövcud olan imkanlardan məlumat verdi və gəncləri fəal və cəsarətli olmağa səslədi.

Tədbir “Yeni Fikir” startap müsabiqəsinin təsisçisi, dosent İsa Qasımovun, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubovun, ADA Universitetinin Tələbələrlə iş şöbəsinin əməkdaşı, müxtəliflik və inklüziv təhsil üzrə mütəxəssis və təlimçi Gültəkin Salamovanın, təlimçi və təhsil üzrə ekspert Qoşqar Məhərrəmovun, vloger, “LIBRAFF” mağazalar şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmovun çıxışları ilə davam etdi.

Universitet haqqında təqdimatı Universitetin əməkdaşı Şəbnəm Qəhrəmanova verdi. Təqdimat zamanı Universitetdə təhsil alan “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin məzunları Əkbər Mikayılov, Səbinə Əhmədova və Şəfiqə Ələkbərova iştirakçılarla universitet və tələbə həyatı haqqında öz təəssüratlarını bölüşdülər.

Tədbir barədə videoçarxı izləmək üçün linkə daxil olun.