Açıq havada komanda oyunları

23 iyun 2024 – cü il tarixində Bakıdan olan Layihə iştirakçıları üçün açıq havada komanda oyunları keçirildi.

Oyunlar layihənin spikeri, psixoloq, pedaqoq Hüseyn Həsənovun dəstəyi ilə baş tutdu. Fərqli formatda olan oyunlar abituriyentlərin imtahandan öncəki stresini azaldaraq, onların əhval-ruhiyyəsini yüksəltdi. Həmçinin, gənclərin komandada işləmək, problemi həll etmək, kommunikasiya qurmaq və digər bacarıqlarını inkişaf etdirməsi üçün şərait yarandı.

Komanda oyunlarından sonra iştirakçılar günün müzakirəsini edərək, öyrəndiklərini paylaşdılar. Qeyd edək ki, Layihənin cari 2023-2024-cü ildə fəaliyyəti PASHA Holding, PMD Group, Veysəloğlu Şirkətlər Qrupu, Baker Tilly Azerbaijan, və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.