Açıq havada komanda oyunları

22 iyun 2025-ci il tarixində layihənin 11-ci sinif şagirdləri üçün açıq havada komanda oyunları keçirildi.

Oyunların keçirilməsində məqsəd abituriyentləri imtahanqabağı bir araya gətirmək, onları imtahan stressindən uzaqlaşdırmaq, dostluq mühitində hərəkətli və əyləncəli gün keçirmək. İki komandaya ayrılan abituriyentlər verilmiş tapşırıqları həll etmək üçün strategiya qurma, tənqidi düşüncə, problem həll etmə, kommunikasiya və digər bacarıqları inkişaf etmək fürsətini əldə etdilər.

Oyunların sonunda qalib gələn komandanın üzvləri hədiyyələrlə təltif olundu. Əlavə olaraq oyunlar zamanı müxtəlif bacarıq və xüsusiyyətləri ilə fərqlənən gənclər də hədiyyələr qazandı.

Qeyd edək ki, açıq havada komanda oyunlarının təşkilatcısı layihənin könüllüsü, spikeri və “Outsite” şirkətinin təsisçisi Hüseyn Həsənov idi.