16 noyabr 2025-ci il tarixində Layihə abituriyentlər üçün Çinli könüllü Xiangrui Li ilə xüsusi motivasiya görüşü təşkil edib. Görüş zamanı Xiangrui Li öz akademik və şəxsi inkişaf təcrübələrini bölüşüb, Çinlilərin öyrənmə texnikaları, davamlı motivasiyanın qorunması, məqsədli çalışma vərdişləri və qlobal düşüncə tərzinin təşəkkülü kimi mövzularda danışıb.
Təqdimat şagirdlər üçün həm motivasiyaedici, həm də praktiki faydaları olan bir görüş olub. Gənclər səsləndirilən strategiyaları öz təhsil həyatlarına necə tətbiq edə biləcəkləri ilə bağlı suallar verib, müzakirələr aparıblar.