“Gələcəyini Qur!” 9 – Məzunlar üçün Yekun Tədbir

17 Mart 2024-cü il tarixində Bakı Olimpiya Stadionunun Konfrans zalında “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin doqquzuncu ilinin nailiyyətlərinə həsr olunmuş yekun tədbir baş tutdu.

Tədbir Layihənin doqquzuncu ilinə həsr olunmuş təqdimatla başladı. Daha sonra söz Layihənin həmtəsisçi Bəhruz Hidayətzadəyə verildi. O, Layihəni uğurla tamamlamış gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik etdi. Layihə həmtəsisçisi öz çıxışında “Gələcəyini Qur!”u doqquzuncu ilində dəstəkləmiş sponsorlara təşəkkürünü bildirdi. Layihənin 9-cu ili bp və tərəfdaşları, PAŞA Holding, PMD Group və Veysəloğlu Şirkətlər Qrupu şirkətləri və fərdi sponsorların dəstəyi sayəsində mümkün olmuşdur.

Tədbirdə gənclərin qarşısında Layihə məzunları və spikerlər çıxış etdi, dövlət qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlar sertifikatlarla təltif olundu, tələbələr üçün təqdimat və interaktiv fəaliyyətlər keçirildi.

Layihənin 9-cu ilində 150-dən çox gənc iştirak etdi, onlardan 60-ı Bakı şəhərindən, 90 nəfər isə regionlardan olar məktəblilər idi (Ağdaş, Goranboy, Hacıqabul, Kürdəmir, Samux, Ucar və Yevlax).