15 fevral 2026-cı il il tarixində Azərbaycan İnnovasiya Mərkəzində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin onuncu ilinə həsr olunmuş yekun tədbiri baş tutdu. Tədbirin Azərbaycan İnnovasiya Mərkəzində keçirilməsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sayəsində mümkün olmuşdur.
Tədbirin məqsədi 2024-2025-ci tədris ili ərzində “Gələcəyini Qur!” Layihəsində iştirak etmiş və ali məktəblərə qəbul olaraq tələbə adını qazanmış gənclərin nailiyyətlərini qeyd etməklə yanaşı, onları universitet həyatı və sürətlə dəyişən dünyada iş həyatına hazırlamaq idi.
Tədbirin açılışını edən Layihə rəhbəri Turan Cəfərova qonaqları və Layihə məzunlarını salamlayıb layihənin ötən ili haqqında təqdimatla çıxış etdi. Daha sonra söz Layihənin həmtəsisçisi Bəhruz Hidayətzadəyə verildi. O, tələbə adını qazanmış gəncləri təbrik etdi, Layihənin 10-cu ilində Layihəyə dəstək göstərmiş sponsor-şirkətlərə və tərfədaşlara təşəkkür etdi. Tədbir dövlət qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrin mükafatlandırma mərasimi ilə davam etdi.
Tədbirin ikinci hissəsində gənclərin qarşısında spikerlər çıxış etdi. Layihə məzunu Fidan Ağammədova tələbəlik illərinin səmərəli keçirməyin yollarından danışdı. “Gələcəyini Qur!” Layihəsinin debat klubunun sədri Ayxan Məmmədov çıxış edərək klubun fəaliyyəti, məqsədləri və gənclərin şəxsi inkişafında oynadığı rol haqqında məlumat verdi. Daha sonra “Gələcəyə kitab bağışla” aksiyasının 5-ci ilinin nəaliyyətləri haqqında danışıldı və aksiyaya dəstək göstərən məzunlara xüsusi təşəkkürnamə təqdim edildi. Təlimçi və yazıcı Coşqun Kərimov isə gənclərlə interaktiv fəaliyyət keçirdi, onlara gələcək iş həyatlarında lazım olacaq bacarıqlardan danışdı.
Layihənin 11-ci ilində Bakı və Sumqayıt şəhərlərindən 45 nəfər 11-ci sinif şagirdi iştirak etdi və Layihəni uğurla bitirdi.