“Gələcəyini Qur!” Layihəsinin cari – 2025–2026-cı tədris ilində təhsil alan şagirdləri üçün yeni il münasibətilə açıqca hazırlama fəaliyyəti təşkil olundu. Fəaliyyətin əsas məqsədi iştirakçılar arasında səmimi ünsiyyəti, paylaşma və birlik ruhunu gücləndirmək idi.
Şagirdlər öz yaradıcılıqlarını ortaya qoyaraq rəngli, bəzəkli yeni il açıqcaları hazırladılar və açıqcaların içinə bir-birlərinə ünvanladıqları xoş arzular və səmimi istəklər yazdılar. Hazırlanan açıqcalar daha sonra Layihə iştirakçıları arasında təsadüfi şəkildə paylandı.
Bu fəaliyyət iştirakçılar üçün həm əyləncəli, həm də motivasiyaedici oldu, yeni il ərəfəsində layihə daxilində müsbət və isti atmosfer yaratdı.