2025-2026-cı tədris ili üçün seçim prosesi: imtahan mərhələsinin nəticələri

2025-2026-cı tədris ilində layihədə iştirak üçün 19 iyun tarixində keçirilmiş imtahanın nəticələri açıqlandı. İmtahan buraxılış fənləri üzrə keçirildi (Azərbaycan dili, Riyaziyyat, xarici dil). İmtahan üzrə toplanıla biləcək maksimum bal 300-dür.

Namizəd aşağıda qeyd edilmiş “İMTAHAN NƏTİCƏLƏRİ” yazısı üzərinə klikləyərək açılan cədvəldən öz nəticəsi ilə tanış ola bilər.

Cədvəli necə istifadə etməli?
Cədvəldə namizədlərin ad və soyadları üzərində heç bir dəyişiklik etmədən, qeydiyyat formunda qeyd etdikləri formada, əlifba sırasına əsasən qeyd edilib. Namizəd, siyahı üzrə öz ad və soyadını taparaq “Növbəti mərhələ haqqında qərar” başlığı altında növbəti mərhələyə keçib, keçməməsi haqqında öyrənə biləcək.

VACİB: İmtahanda iştirak etdiyiniz halda adınızı siyahıda tapa bilmirsinizsə, bizimlə əlaqə saxlayın: +994553823731 (zəng və ya Whatsapp)

İmtahan nəticələri ilə tanış olmaq üçün aşağıdakı “İMTAHAN NƏTİCƏLƏRİ” yazısını klikləyin.

İMTAHAN NƏTİCƏLƏRİ

Keçid balı: Növbəti seçim mərhələsinə keçmək üçün tələb olunan minimum bal 10-cu siniflər üçün 80, 11-ci siniflər üçün isə 110 olaraq təyin edilib.

Növbəti mərhələ: Növbəti mərhələdə namizədlərlə fərdi müsahibələr baş tutacaq. Hər bir namizədə onun üçün təyin edilmiş müsahibə tarixi, saatı və yeri telefon zəngi vasitəsi ilə bildiriləcək. Bütün namizədlərdən onlarla əlaqə saxlanana qədər səbrli olmaları xahiş edilir.