2025-2026-cı tədris ili üçün seçim prosesi davam edir.

19 iyun 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin növbəti tədris ili üzrə iştirakçılarını müəyyən etmək məqsədilə layihəyə qəbul imtahanı təşkil olundu. İmtahan Kainat Tədris Mərkəzinin mərkəz filialında, Müstəqil Qiymətləndirmə Mərkəzinin dəstəyi ilə həyata keçirildi.

Seçim mərhələsində həm 10-cu, həm də 11-ci sinif olmaqla 200-dən çox şagird iştirak etdi. İmtahan zamanı şagirdlərin bilik səviyyələri, məntiqi düşünmə bacarıqları və təhlil qabiliyyətləri yoxlanıldı.

Bu mərhələ layihəyə seçim prosesinin mühüm hissəsini təşkil edir və layihənin əsas məqsədlərindən biri olan ədalətli və şəffaf seçim mexanizminin təmin olunmasına xidmət edir. Yaxın günlərdə açıqlanacaq imtahan nəticə

lərinə əsasən növbəti mərhələdə müsahibə və əlavə qiymətləndirmə prosesi həyata keçiriləcək.