2024-2025-ci tədris ili üçün seçim prosesi: sınaq imtahanı

2 iyun 2024-cü il tarixində ikinci mərhələdə Layihəyə onlayn qaydada müraciət etmiş və seçim meyarlarına uyğun olan 10-cu sinif şagirdləri üçün buraxılış fənləri üzrə imtahan keçirildi. İmtahanda Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Pirallahı, Qaradağ, Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarından olan şagirdlər iştirak etdi.

Növbəti seçim mərhələsinə keçmək üçün şagirdlər keçid balını toplamalıdır. Keçid balı və növbəti seçim mərhələsi haqqında məlumat Layihənin veb-saytında paylaşılacaq.