2023-2024-cü tədris ili üçün seçim prosesi: sınaq imtahanının nəticələri

İmtahan nəticələrini əks etdirən cədvəli necə istifadə etməli?

Cədvəldə qeyd olunan ad və soyadlar şagirdin qeydiyyatdan keçərkən istifadə etdiyi formatda saxlanmışdır və heç bir dəyişiklik edilməmişdir. Cədvəldə ümumi imtahan nəticəsi və fənlər üzrə bölgü təqdim olunur. “Növbəti mərhələ haqqında qərar” başlığı altında şagird növbəti mərhələyə keçib keçməməsi haqqında öyrənə biləcək.

VACİB: imtahanda iştirak etdiyiniz halda adınızı siyahıda tapa bilmirsinizsə, komandamızla əlaqə saxlayın: +99455 382 37 31 (zəng və WhatsApp) və ya [email protected].

İmtahan nəticələri ilə tanış olmaq üçün aşağıdakı İmtahan Nəticələri yazısını klikləyin.

İMTAHAN NƏTİCƏLƏRİ

KEÇİD BALI: növbəti seçim mərhələsinə keçmək üçün tələb olunan minimum bal: 150

NÖVBƏTİ MƏRHƏLƏ: şagirdlərlə fərdi müsahibələr. Müsahibələr 10-30 iyul tarixləri aralığında keçiriləcək. Bakı, Sumqayır və Abşeron rayonundan şagirdlərlə müsahibələr Bakı şəhərində, Gəncə, Kürdəmir, Sabirabad, Salyan, Şirvan, Yevlax, Zaqataladan şagirdlərlə – yaşadığı rayonda keçiriləcək. Hər şagird onunla keçiriləcək müsahibənin dəqiq tarix, saat və yeri haqqında məlumatı telefon zəngi vasitəsilə alacaq. Şagird və valideynlərdən xahiş olunur ki, onlarla əlaqə saxlanana qədər səbrli olsunlar.