2023-2024-cü tədris ili üçün seçim prosesi: sınaq imtahanı

26 iyun 2023-cü il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti 2023-2024-cü tədris ilinin seçim prosesinin ikinci seçim mərhələsi təşkil olunmuşdur.

İkinci mərhələdə Layihəyə onlayn qaydada müraciət etmiş və seçim meyarlarına uyğun olan məktəb şagirdləri buraxılış fənləri üzrə imtahanda iştirak etdilər. İmtahanda Bakı, Sumqayıt, Abşeron, Gəncə, Kürdəmir, Sabirabad, Salyan, Şirvan, Yevlax və Zaqataladan 300-dən çox şagird iştirak etdi. Sınaq imtahanı Layihənin əməkdaşlıq etdiyi Müstəqil Qiymətləndirmə Mərkəzi və Kainat Tədris Mərkəzinin dəstəyi ilə həyata keçirilmişdir.

Növbəti seçim mərhələsinə keçmək üçün şagirdlər keçid balını toplamalıdır. Keçid balı və növbəti seçim mərhələsi haqqında məlumat Layihənin veb-saytında paylaşılacaq.