Layihənin 10-cu ilinin qəbul nəticələri

Geridə qoyduğumuz tədris ilində Layihədən 57 nəfər şagird və onların ailələri faydalanmışdır.

Bu şagirdlərdən 17 nəfəri regiondan Zaqatala, Yevlax, Səlyan, Sabirabad, Şirvan və Kürdəmir rayonundan, 40 nəfər şagird isə Bakıdan layihəyə qoşulmuşdur. Tədris ilinin sonunda qəbul nəticəsi 100% oldu, Layihədə iştirak edən hər bir gənc tələbə adını qazandı.

Qeyd edək ki, Layihənin cari 2023-2024-cü tədris ilində fəaliyyəti PASHA Holding, PMD Group, Veysəloğlu Şirkətlər Qrupu, Baker Tilly Azerbaijan, və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.