Görüş 22 sentyabr 2024-cü il tarixində Layihə ofisində baş tutdu.
Görüşdə Layihə komandası Layihə iştirakçıları ilə yaxından tanış olduqdan sonra gənclərə Layihənin dəyərləri və Layihədə iştirak qaydaları haqqında məlumat verdi. Görüş zamanı gənclər abituriyentlik dövrü ilə bağlı həm yaradıcı, həm də tənqidi düşüncəni inkişaf etdirən qruplarla iş edərək, onu təqdim etdilər.
Qeyd edək ki, Layihədə 10-cu siniflər üçün təhsil təqaüdü “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə həyata keçirilir.