23 dekabr 2017-ci il tarixində “Gələcəyini Qur!” layihəsinin dörd regiondan (Ağdaş, Kürdəmir, Ucar, Yevlax) olan iştirakçıları üçün layihənin dəyərlərinə həsr olunmuş növbəti tədbiri keçirildi.
Mingəçevirdə baş tutmuş tədbir elm və ədalət mövzularını əhatə etdi.
Tədbirdə gənclərin qarşısında təlimçi, gənc yazıçı, “Kvan,” “Ubuntu” və “Alamo 13” kitablarının müəllifi Coşqun Kərimov və Gilan Holding şirkətinin İnsan resursları departamentinin mütəxəssisi Xəqani Səfərov çıxış etdilər. Spikerlər çıxış etdikləri mövzularda həm təqdimatlar, həm də gənclərlə praktiki məşğələlər həyata keçirdilər.
2014-cü ildən fəaliyyət göstərən layihə hal-hazırda Bakıda və Bakıdan kənarda yaşayan gənclərə dəstək göstərir. BP və tərəfdaşlarının maliyyə dəstəyi nəticəsində layihənin coğrafiyasına dörd yeni (Ağdaş, Kürdəmir, Ucar, Yevlax) rayon əlavə olunmaqla yanaşı əlilliyi olan gənclər ilə iş də daxil oldu.