VAKANSİYA: “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində Layihə koordinatoru

Müraciət üçün son tarix: 5 avqust 2026-cı il

Tələblər:

  • Ali təhsil (minimum bakalavr dərəcəsi)
  • Sosial layihə və proqramlarda peşəkar təcrübə (minimum 2 il)
  • İngilis dili biliyi (B1-B2 Intermediate/Upper Intermediate)
  • Kompüter proqramları biliyi (MS Office)
  • Kreativ və təşəbbüs göstərən, gənclərin inkişafına yönəlmiş yeni layihə və proqram ideyalarını yarada bilən
  • Komandada və müstəqil şəkildə işləyə bilən
  • Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
  • Ünsiyyət və təqdimat bacarıqları

 

Vəzifə və öhdəliklər:

  • “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin iştirakçıları (abituriyentlər), Layihə məzunları (tələbələr) və Layihə könüllüləri ilə işin təşkili
  • Tədbir və təlimlərin təşkili
  • Yeni layihə və proqramların yaradılmasında iştirak
  • Müxtəlif layihələrdə koordinasiya işinin aparılması
  • Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
  • Layihələr çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi

 

Vakansiyaya müraciət:

Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Project Coordinator” başlığı ilə (subject) [email protected] elektron ünvanına göndərə bilərlər:

  • CV (maksimum 2 səhifə)
  • Motivasiya Məktubu (motivasiya məktubunda əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur)

 

Qeyd: 

Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar

 

Müraciət üçün son tarix: 05 avqust 2026-ci il