“Gələcəyə kitab bağışla” aksiyası çərçivəsində toplanan kitabların bir qismi yazıçı Amin Orucovun şəxsi təşəbbüsü ilə yaradılmış “Müjdə” oxucu klubuna bağışlandı.
Klubun əsas məqsədi məktəblilərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi üçün şəhər və kənd məktəblərində kitab klubları yaratmaqdır. “Gələcəyə kitab bağışla” aksiyası kluba
60 kitab hədiyyə etdi.
“Gələcəyə kitab bağışla” aksiyasının əsas məqsədi regionlarda yaşayan, eyni zamanda sosial baxımdan həssas qruplara aid edilən məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir.