“Gələcəyini Qur!” Layihəsi tərəfindən təşkil olunan “Gələcəyə Kitab Bağışla” aksiyası bu il də uğurla həyata keçirilib. Artıq 5-ci ildir ki, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə keçirilən aksiya bu dəfə də geniş ictimai dəstək qazanıb.
Aksiya çərçivəsində ümumilikdə 254 kitab və 1217 AZN ianə toplanıb, 120 nəfər bu təşəbbüsə öz töhfəsini verib. Layihənin əsas məqsədi Azərbaycanın ucqar kənd və rayonlarında yaşayan məktəblilərin oxu vərdişlərini inkişaf etdirmək və onların kitab resurslarına çıxışını artırmaqdır.
Aksiya çərçivəsində 12 fevral 2026-cı il tarixində NextStep İcması-nın dəstəyi və ev sahibliyi ilə Lənkəran və Masallı rayonlarına səfər təşkil olunub.
Səfər zamanı Mollaoba və Mololon kənd məktəblərinin hər birinin kitabxanasına 50 ədəd kitab bağışlanıb. Bundan əlavə, şagirdlərlə görüşlər keçirilib, onlarla kitab oxuma vərdişləri və şəxsi inkişaf mövzularında maarifləndirici söhbətlər aparılıb.