Problem həlli və tənqidi düşüncə mövzusunda təlim sessiyası keçirildi

Layihə iştirakçıları üçün problem həlli və tənqidi düşüncə mövzusunda növbəti təlim sessiyası baş tutub. Təlim

Bacarıqlar Məktəbi Layihəsi-nin peşəkar təlimçiləri tərəfindən keçirilib.

Sessiya çərçivəsində şagirdlər müxtəlif situasiyalar üzərindən analiz aparmağı, problemlərə fərqli baxış bucaqlarından yanaşmağı və effektiv həll yolları tapmağı öyrəniblər. İnteraktiv mühitdə təşkil olunan təlim həm öyrədici, həm də iştirakçılar üçün maraqlı və əyləncəli keçib.