Liderlik və komanda işi mövzusunda təlim keçirildi

“Gələcəyini Qur!” Layihəsi çərçivəsində şagirdlərin şəxsi inkişafına dəstək məqsədilə liderlik və komanda işi mövzusunda təlim sessiyası təşkil olunub. Təlim Bacarıqlar Məktəbi Layihəsi-nin təcrübəli təlimçiləri tərəfindən həyata keçirilib.

Sessiya interaktiv üsullarla aparılıb və iştirakçıların aktiv cəlb olunması təmin edilib. Təlim zamanı şagirdlər komanda daxilində effektiv ünsiyyət, liderlik bacarıqları və birgə qərarvermə kimi mövzularda biliklər əldə ediblər. Eyni zamanda, müxtəlif oyunlar və praktiki tapşırıqlar vasitəsilə öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar.