“Gələcəyini Qur!” Layihəsinin AIESEC Azərbaycan ilə əməkdaşlığı çərçivəsində 2025-ci il noyabr ayının 5-dən etibarən Layihəmizdə Çinli könüllü Xiangrui Li fəaliyyətə başlayıb. O, AIESEC-in Global Exchange proqramının iştirakçısı olaraq 6 həftə boyunca şagirdlər və məzunlarla birgə müxtəlif mövzularda seminarlar və təqdimatlar keçirəcək.
Xiangrui Li ilk gündən Layihə icması ilə aktiv ünsiyyət qurmağa başlayıb. Onun əsas məqsədi Azərbaycanlı gənclərə Çin mədəniyyətini, təhsil sistemini, öyrənmə metodlarını və qlobal perspektivləri daha yaxından tanıtmaqdır.
Fəaliyyət dövründə həm ofisdaxili seminarlar, həm interaktiv vörkşoplar, həm də xüsusi tematik günlər təşkil ediləcək.
Bu əməkdaşlıq Layihə iştirakçıları üçün həm mədəni, həm də akademik baxımdan yeni bir pəncərə açır.
