Layihənin Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlığı davam edir

“Gələcəyini Qur!” Layihəsinin Veysəloğlu Şirkətlər Qrupu ilə 2025-2026-cı tədris ilində əməkdaşlığı yenidən başlayıb. Əməkdaşlıq çərçivəsində şirkət öz əməkdaşlarının aztəminatlı ailələrdən olan övladlarına təhsil dəstəyi göstərir.

Bu il layihə çərçivəsində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən 11 nəfər 10-cu sinif, 25 nəfər 11-ci sinif şagirdinə dəstək ayrılıb. Şagirdlər il ərzində təlimlər, psixoloji sessiyalar, mentorluq proqramları, inkişaf fəaliyyətləri və digər layihə imkanlarından tam şəkildə yararlana biləcəklər.

Bu əməkdaşlıq sosial məsuliyyət sahəsində nümunəvi fəaliyyət kimi dəyərləndirilir və gənclərin gələcək inkişafına mühüm töhfə verir.