2 fevral 2025-ci il tarixində Layihə məzunları üçün “Gənclər günü: öyrən və paylaş” adlı tədbir keçirildi. Tədbirin məqsədi gənclərin şəbəkələşməsi üçün şərait yaratmaq, onları “Gələcəyə kitab bağışla” aksiyası haqqında məlumatlandırmaq idi.
Tədbirdə Layihə məzunu, hazırda Milli Aerokosmik Agentliyində doktorantura tələbəsi olan Samir Qulamzadə “Netvörking və təşəbbüskarlıq” mövzusunda çıxış etdi, öz təcrübəsini gənclərlə bölüşdü. Tədbir zamanı şəbəkələşmə və təşəbbüskarlığa dair müzakirə və oyunlar təşkil olundu. Tədbirin sonunda gənclər “Gələcəyə kitab bağışla” aksiyasına kitablar hədiyyə etdilər.
Xatırlatmaq istərdik ki, “Gələcəyə kitab bağışla” aksiyası 2022-ci ildən etibarən hər il fevral ayının 14-ü Beynəlxalq Kitab Bağışlama günü münasibətilə keçirilir. Aksiyanın məqsədi regionlarda yaşayan, eyni zamanda sosial baxımdan həssas qruplara aid edilən məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir.