5 yanvar 2025-ci il tarixində Layihədə iştirak edən 10-cu sinif şagirdləri üçün Müasir İncəsənət Muzeyinə ekskursiya təşkil olundu.
Muzeyə səfərin məqsədi yeniyetmələrin sənətə olan marağını artırmaq, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və müasir incəsənətin fərqli növləri ilə tanış etmək idi.
Ekskursiya zamanı şagirdlər müxtəlif yerli və xarici rəssamların əsərlərini görmək, onların yaradıcılıq üslubları haqqında məlumat almaq imkanı qazandılar. Muzeyin bələdçiləri şagirdlərə incəsənət əsərlərinin mənaları, yaranma prosesi və tarixi haqqında maraqlı məlumatları izah etdilər. Muzeydə təşkil olunan interaktiv sual-cavab sessiyası isə şagirdlərin daha çox məlumat əldə etməsinə və incəsənətlə bağlı fərqli baxış bucağı formalaşdırmasına şərait yaratdı.
Nəzərinizə çatdırmaq istəyirik ki, Layihədə 10-cu siniflər üçün təhsil təqaüdü “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə həyata keçirilir.