Layihənin 2023-2024-cü tədris ilində iştirak edən şagirdlərə göstərilən mentorluq dəstəyi tamamlandı.
Gərgin abituriyentlik dövründə şagirdlərə əlavə dəstək göstərmək məqsədilə Layihəni əvvəlki illərdə bitirən gənclər və Layihənin könüllüləri mentor qismində cəlb olunmuşdu.
Şagirdlərlə mütəmadi görüşən mentorlar onlara məqsədlərin müəyyən olunması, ixtisas seçimi, karyera planlanması və digər sahələrdə öz təcrübələri ilə dəstək olmuşdu. 15 sentyabr 2024-cü il tarixində abituriyentlərə mentorluq dəstəyini göstərmiş məzun və könüllülər üçün səhər yeməyi təşkil olundu, onlara sertifikatlar təqdim olundu. Mentorların şagirdlərlə il ərzində baş tutmuş görüşlərdən görüntülər aşağıda təqdim olunur.