“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 2024-cü ilin sentyabr ayından etibarən 11-ci ilinə başladı.
Bakıdan olan builki yeni Layihə iştirakçıları ilə ilk tədbir 11 avqust 2024-cü il tarixində baş tutdu. Tədbirdə Layihənin direktoru Bəhruz Hidayətzadə, rəhbəri Turan Cəfərova, Psixoloqu Hüseyn Xəlilov və Layihənin Kainat Tədris Mərkəzindən olan tərəfdaşları Ağakişiyev İlqar və Ağakişiyev Ceyhun Layihə iştirakçıları və onların valideynləri qarşısında çıxış edərək, Layihə haqqında ətraflı məlumat verdi, qarşıdakı tədris ilinin fəaliyyətlərindən, həmçinin hədəf və məqsədlərindən, Layihə iştirakçılarından olan gözləntilərdən söhbət açdı. Tədbirdə tərəflər arasında bağlanacaq müqavilənin detalları məktəblilər və onların valideynlərinə izah edildikdən sonra imzalandı.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan layihə bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, eyni zamanda fərdi sponsorların dəstəyi sayəsində fəaliyyət göstərir.