Layihə iştirakçıları ixtisas seçiminə hazırlaşır

Layihə iştirakçıları üçün Layihənin ofisində  “Düzgün ixtisası necə seçək?” adlı tədbir həyata keçirildi. II və III ixtisas qrupları 17 iyul, I və IV ixtisas qrupları isə 18 iyul tarixində tədbirdə iştirak etdi.

Tədbirlərdə Layihə məzunları, hazırda xaricdə təhsil alan Ziya Məmmədov (Tartu universiteti, kompyuter elmləri) və Azər Əliyev (Alberta universiteti, kimya mühəndisliyi) iştirakçılarla öz təhsil təcrübəsini paylaşaraq, ixtisas seçimində karyera planlamasından danışarkən, Layihənin hazırda işi ilə əlaqədar Özbəkistanın Taşkent şəhərində yaşayan və beynəlxalq şirkətlərdən birində çalışan məzunu Fəridə Qaracayeva isə abituriyentlərə ixtisas seçimi ilə bağlı öz tövsiyələrini verdi.

Tədbirdə Layihə iştirakçıları ixtisas seçimi zamanı müasir dövrün tələblərini araşdırıb təhlil etməyi, iş imkanlarını, öz maraq dairələrinə və bacarıqlarına uyğun ixtisası seçməyin yollarını öyrəndilər.
Qeyd edək ki, Layihənin cari 2023-2024-cü ildə fəaliyyəti PASHA Holding, PMD Group, Veysəloğlu Şirkətlər Qrupu, Baker Tilly Azerbaijan, və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.