12 noyabr tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 10-cu ilinin iştirakçıları Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etdilər.
Tədbir Layihə iştirakçılarının sərgini ziyarət etməsi ilə başladı. Daha sonra Layihə iştirakçılarının Layihənin dəyərlərinə həsr olunmuş interaktiv qrup fəaliyyəti və təqdimatı ilə davam etdi. Qrup fəaliyyətindən sonra kitab video-bloggeri Sərxan Rüstəmov “Balaca Şəhzadə” kitabını gənclərə tövsiyə edərək təqdimatla çıxış etdi və onların suallarını cavablandırdı. Tədbirin növbəti spikeri Coşqun Kərimov gənclərlə “Elm və yaradıcı düşüncə” mövzusu ilə bağlı öz bilik və təcrübələrini bölüşdü. Tədbirin ikinci hissəsi Layihənin 2015–2016-cı il məzunu Samir Qulamzadənin “Hədəflərimizə necə fokuslanmalıyıq?” mövzusunda təqdimatı ilə davam etdi.
Tədbirin sonunda Layihə iştirakçıları üçün kitab və mütaliə mövzusunda viktorina təşkil olundu. Viktorinada suallara düzgün cavab verən Layihə iştirakçıları müxtəlif hədiyyələrlə təltif olundu. Qeyd edirik ki, Layihənin 10-cu ili “PASHA Holding”, “Veysəloğlu” Şirkətlər Qrupu, “BakerTilly”, “İpəksu” şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.