Region iştirakçılarının Mingəçevir tədbiri

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 10 aprel 2022-ci il tarixində regionlardan olan iştirakçılar üçün Mingəçevir şəhərində növbəti tədbiri həyata keçirildi.

Tədbir Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarından olan gəncləri bir araya gətirdi. İlk olaraq yenicə buraxılış imtahanı vermiş layihə iştirakçılarına praktiki məsləhətlər verildi. Tədbirin ikinci hissəsi interaktiv oyunlarla davam etdi. Gənclərdə komanda ruhunun formalaşması və onları stresdən uzaqlaşdırmaq məqsədilə pedaqoq və təlimçi Hüseyn Həsənovun rəhbərlik etdiyi “Outsite.az” komandası tərəfindən əyləncəli və öyrədici oyunlar təşkil olundu. Qalib komandaya müxtəlif hədiyyələr təqdim edildi.

2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarında fəaliyyəti bp və tərəfdaşlarının dəstəyi sayəsində həyata keçirilir. Layihənin coğrafiyası hal-hazırda Bakının bütün rayonlarını, eyni zamanda 5 Azərbaycan rayonunu əhatə edir.