23 yanvar 2022-ci il tarixində Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan olan Layihə iştirakçıları Kürdəmir rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə iştirak etdilər.
Tədbirdə spiker qismində çıxış edən insan resursları üzrə mütəxəssis və “HR Option” şirkətinin təsisçisi Xəqani Səfərov gənclərə məsuliyyət və ədalət dəyərlərindən danışdı. Xəqani Səfərov Layihə iştirakçıları ilə şəxsi hekayəsini bölüşərək onlara motivasiya verdi. İkinci spiker pedaqoq, təlimçi, T-Network təhsil platformasının aparıcı mütəxəssisi Qoşqar Məhərrəmov tənqidi düşüncə və yaradıcılıq haqqında təqdimat ilə çıxış etdi.
Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan olan məktəblilərin Layihənin cari 2021-2022-ci tədris ilində iştirakı bp və tərəfdaşların maliyyə dəstəyi ilə mümkün olmaqdadır.