Layihə Psixoloqunun Valideynlərlə görüşləri

Mart ayının sonlarından başlayaraq layihə psixoloqunun valideynlərlə görüşləri başladı.

Bu görüşlərin məqsədi valideynləri layihə iştirakçılarının akademik göstəriciləri və psixoloji vəziyyəti barədə məlumatlandırmaq və imtahan verən gənclərlə münasibətdə lazımlı olacaq praktik bilik və bacarıqlarla  təmin etməkdir.Valideynlərlə görüşlər axşam saatlarında işləyən valideynlərin cədvəlləri və mövcud məhdudiyyətlər nəzərə alınaraq onlayn keçirildi.

Bakıdan və beş bölgədən 150-yə yaxın gənc və onların valideynləri artıq 7-ci ildir ki, layihənin fəaliyyətindən faydalanırlar.