Məzunlar üçün ünsiyyət bacarıqları təlimi

9 mart 2020-ci il tarixində  “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin ofisində layihə məzunları üçün karyera psixoloqu, təlimçi Orxan Mahmudovun təqdimatında “Düşünürsənsə, Danış” adlı təlim keçirilmişdir.

Təlim ünsiyyət bacarıqlarını, özünü daha yaxşı ifadə etmək və toplum qarşısında səlis danışmaq qabiliyyətlərini inkişaf etdirmək istəyən bütün məzunlar üçün nəzərdə tutulmuşdur. Təlim zamanı Orxan bəy mövcud olan ünsiyyət problemlərini üzə çıxarmaq və komplekslərdən qurtulmaq üçün aktiv diskussiyadan istifadə edərək, yaranmış maneələrin aradan qaldırılması yollarını məzunlarla bölüşdü. Təlimdə həmçinin natiqlik sənəti və onun sirləri barədə məlumat da öz əksini tapdı.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin məzunları üçün inkişafetdirici tədbirlər “Məzunlarla iş üzrə strategiya” çərçivəsində həyata keçirilir.