Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Uğurlar və mükafatlar


“Gələcəyini Qur!” layihəsi bir sıra uğurlara imza ataraq mükafatlar qazanmışdır.

2014-cü və 2015-ci illərdə layihə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində təqdim edilən “KSM-də Fərqlənmə” (CSR Excellence) mükafatına layiq görülüb.

“KSM-də Fərqlənmə” mükafatı haqqında daha ətraflı məlumat ilə bu keçiddə tanış ola bilərsiniz: http://amcham.az/2015/10/28/amcham-2nd-csr-excellence-award-ceremony/

2016-cı ildə layihə EY şirkətinin “Better Begins with You” (“Daha yaxşısı səndən başlayır”) adlı proqramında MDB ölkələri arasında qalib seçilmişdir.

“Better Begins with You” proqramının əsas məqsədi EY şirkətində çalışan əməkdaşların gördükləri xeyirxah işləri qiymətləndirərək ən yaxşılarını seçməkdir. Layihəmiz “İcmaların gücləndirilməsi” (“Strengthening Our Communities”) kateqoriyasında qalib gəlmişdir. Qeyd edək ki, EY Azerbaijan şirkəti layihəyə maliyyə dəstəyini göstərməklə yanaşı, onun müxtəlif fəaliyyətlərində fəal iştirak edir: şirkətin əməkdaşları layihənin bir çox tədbirlərində könüllü qismində çıxış edirlər.

http://www.ey.com/az/en/home/ey-alumni-newsletter-2017-activity