Elm və ədalət mövzularına həsr olunmuş tədbir

23 dekabr 2017-ci il tarixində “Gələcəyini Qur!” layihəsinin dörd regiondan (Ağdaş, Kürdəmir, Ucar, Yevlax) olan iştirakçıları üçün layihənin dəyərlərinə həsr olunmuş növbəti tədbiri keçirildi.

Mi​n​gəçevirdə baş tutmuş tədbir elm və ədalət mövzularını əhatə e​t​di.

Tədbirdə gənclərin qarşısında təlimçi, gənc yazıçı, “Kvan,” “Ubuntu” və “Alamo 13” kitablarının müəllifi Coşqun Kərimov və Gilan Holding şirkətinin İnsan ​resursları departamentinin mütəxəssisi Xəqani Səfərov çıxış etdilər. Spikerlər ​çıxış etdikləri ​mövzular​da həm təqdimatlar​, həm də gənclərlə praktiki məşğələlər həyata keçirdilər.

2014-cü ildən fəaliyyət göstərən layihə hal-hazırda Bakıda və Bakıdan kənarda yaşayan gənclərə dəstək göstərir. BP və tərəfdaşlarının maliyyə dəstəyi nəticəsində layihənin ​coğrafiyasına dörd yeni (Ağdaş, Kürdəmir, U​c​ar, Yevlax) rayon ​əlavə ​olunmaqla yanaşı əlilliyi olan gənclər ilə iş də daxil oldu.